Yunanıstanda dəmir yolu sistemi işçiləri 1 günlük tətil elan edib.
"Unikal" xəbər verir ki, noyabrın 16-da həmkarının iş qəzasında ölməsinə etiraz olaraq, ölkədə metro və tramvay işçiləri 24 saatlıq tətilə başlayıblar.
Bildirilib ki, işçilər istehsalat qəzalarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin artırılmasını tələb ediblər.
Ağarza Elçinoğlu