İranın Şəhri-Kord şəhəri sakinləri su çatışmazlığına görə etiraz aksiyası keçiriblər.
"Unikal" xəbər verir ki, aksiya şəhərin mərkəzində təşkil olunub və yerli rəhbərliyin tələbi ilə başa çatıb.
Qeyd edək ki, cümə günü İsfahanda da analoji nümayiş keçirilmişdi.
Xatırladaq ki, İran son onilliklərin ən ciddi quraqlığı ilə üzləşib. Ölkədə kəskin içməli su qıtlığı müşahidə olunur.