"Mən bu yaxınlarda korrupsiyaya qarşı mübarizə komitəsinin rəhbərindən bildiriş aldım ki, Ermənistan Respublikasının üçüncü prezidenti Serj Sarkisyan təqsirləndirilən şəxs qismində məhkəməyə çağırılır".
"Unikal" xəbər verir ki, bu barədə erməni vəkil Amram Makinyan öz "Facebook" səhifəsində yazıb.
"Bu gün Serj Sarkisyanın rüşvətdə ittiham olunduğuna görə məhkəməyə çağırılıb. Bu hüquqi biabırçılığın qalan təfərrüatlarını sonra təqdim edəcəyəm, əminəm ki, sizin işlərinizi araşdıran müstəntiqlər sizdən daha səlahiyyətli olacaqlar”, - deyə vəkil qeyd edib.
Gülayə Mecid