"Azər Türk Bank" ASC Vətən Müharibəsi iştirakçısını məhkəməyə verib.

"Unikal"ın əldə etdiyi məlumata görə, bank tərəfindən Xızı Rayon məhkəməsində kredit müqaviləsi üzrə mübahisələrlə bağlı Azərbaycan Ordusunun giziri Allahverdiyev Cahandar Cabir oğluna qarşı iddia qaldırılıb. İşə hakim İlqar Cabbarovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, C.Allahverdiyev Vətən Müharibəsində iştirak edib və "Şuşanın, Kəlbəcərin azad olunmasına görə", eyni zamanda "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Seymur Əli