23 noyabr 2021-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda Agentliyin icraçı direktorunun təyinatı məsələsinə baxılıb və bu vəzifəyə Aygün Əliyevanın namizədliyi irəli sürülüb. Müşahidə Şurasının üzvləri məsələyə münasibət bildirərək A.Əliyevanın namizədliyini yekdilliklə dəstəkləyiblər.

Qeyd edək ki, Aygün Əliyeva 2013-2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısının müavini, 2020-ci ildən bu günədək isə TƏBİB- İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri vəzifəsində işləyib.