“Güzəştli ipoteka üçün dövlət büdcəsindən ayrılan vəsait artırılıb”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.  Nazir bildirib ki, Fondda bu illər ərzində 640 milyon manat portfel formalaşıb:

"İpoteka Kredit Fondunda kifayət qədər vəsait var. Başqa dövlətlərdə bu Fondların fəaliyyəti başqa cür qurulur, onlar daxili istiqrazlar buraxırlar. Ölkəmizdə faiz dərəcələrinin hələ də kifayət qədər yüksək olduğunu nəzərə alaraq, həmin Fond tərəfindən istiqrazların buraxılmasından əldə edilən vəsait dövlət büdcəsindən verilən vəsaitdən kifayət qədər yüksəkdir”.

Anar Kəlbiyev