"Son 3 il 10 ayda ərzində 230 min şəxs işlə təmin edilib".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Nazir müavini bildirib ki, ölkə miqyasında post-müharibə və " Məşğulluq marafonu" tədbirləri başladılıb, 8200-dən çox şəhid ailəsi, qazı və müharibə iştirakçısının məşğulluğu təmin edilib. A. Kərimov qeyd edib ki, vacib məsələlərdən biri də mənzillərdir: “Keçmiş məcburi köçkünlər üçün tikilən 6 365 mənzilin şəhid ailələri və qazilərə verilməsi üçün iş aparılır”.

Anar Kəlbiyev