Nazirlər Kabineti Şuşa şəhərinin ərazisində reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısını təsdiq edib.
“Unikal” xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Bildirilib ki, qərar “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Nazirlər Kabineti tərəfindən müvafiq Qərarın qəbul edilməsi Şuşa şəhəri ərazisindəki tarix-mədəniyyət abidələrinin qorunması, salamatlığının təmin edilməsi, quruluşuna xələl gətirilməməsi və gələcək nəsillərə olduğu kimi çatdırılmasına hüquqi zəmin yaradır, həmçinin, ərazidə qoruq rejiminin tətbiqinə imkan verir.
Bununla Şuşa şəhərinin tarix və mədəniyyət abidələrinin dövlət tərəfindən mühafizəsi gücləndirilir.
Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısı ilə linkdə tanış ola bilərsiniz.