Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.
"Unikal" xəbər verir ki, Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsin baş həkimi vəzifəsini icra edən Rasim Əzizov tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rasim Əzizovun mağazalardan birindən oğurluq etməsi ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.
Daxili İşlər Nazirliyi görüntüləri araşdırır.