Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki,  qəza Bakı-Qazax magistral yolunun rayonun Seyfəli kəndi ərazisində qeydə  alınıb.

Belə ki, “NazLifan” markalı avtomobilin idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Ölən şəxs Gədəbəy rayon sakini, 1996-cı il təvəllüdlü İsmayılov Xəyaldır. Yaralı şəxslər xəstəxanaya çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.