Sumqayıtda 43 yaşlı kişi narkotik vasitənin təsirindən ölüb.
"Unikal" xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.
Bildirilib ki, 1978-ci il təvəllüdlü İsmayılov Firdövsi Ələkbər oğlu tanışının evində narkotik vasitənin təsirindən ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.