Qazax rayonunda avtomobil piyadanı vuraraq ağır yaralayıb.
"Unikal" xəbər verir ki, hadisə rayonun Canalı kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Siyavuş Kərimovu avtomobil vurub. O, müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.