ABŞ və "Taliban" nümayəndə heyətləri Qətərdə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Görüş zamanı Əfqanıstanda insan haqlarının pozulması halları müzakirə edilib və "Taliban"ın bütün əfqanların hüquqlarını qorumalı olduğu vurğulanıb.
ABŞ nümayəndə heyəti "Taliban"ı Əfqanıstanda inklüziv hökumət qurmaq üçün addımlar atmağa çağırıb.