İraqın Mosul şəhərinin Mahmur rayonunda İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən hücum zamanı “peşmərgə” adlanan bir neçə kürd silahlısı və daha 3 mülki şəxs öldürülüb.
Bu barədə "Unikal" “Haber Global”a istinadən xəbər verir.
Peşmərgə komandiri Nejat Hule “Rudaw” telekanalına açıqlamasında məlumatı təsdiqləyib. O, “peşmərgə”lərin Mahmurun Karaçug bölgəsinin Nazikənd kəndində İŞİD tərəfindən pusquya salındığını bildirib.
Hule qarşıdurma nəticəsində 7 “peşmərgə”nin həyatını itirdiyini bildirib.