Bakı-Qazax avtomagistralının Yevlax rayonu ərazisindən keçən hissəsində qəza baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Yevlax rayonunun Səmədabad kəndi ərazisində baş verib. Belə ki, "Mercedes" və "VAZ-2110" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"-ın sürücüsü Fəxrəddin Hacıyevin oğlu, 2000-ci il təvəllüdlü Ayxan Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradlı