Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"-ın məlumatına görə, hadisə Goranboy şəhərinin mərkəzində qeydə alınıb. Belə ki, "KİA" markalı avtomobil 2016-cı il təvəllüdlü rayon sakini olan qız uşağını vurub. Uşaq xəstəxanaya çatdırılıb və zəruri tibbi yardım sayəsində durumu stabilləşib.
Faktla bağlı araşdırma aparılır.
E.Muradlı