Rusiyada son sutka ərzində daha 32 974 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
"Unikal" xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 9 769 011 nəfərə çatıb.
Son sutka ərzində 1215 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 280 072 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.