Elitar.Az saytının məlumatına görə, Koroğlu metrosunun yeni tikilmiş Piramida görünüşlü çıxışının arxasında çöküntü müşahidə olunub. Ərazidən keçənlərin dediyinə görə təxminən 100 metri əhatə edən ərazidə 10 sm dərinliyində çökmə əmələ gəlib. Ərazinin asfalt hissəsi isə dağılıb.

Aldığımız son məlumata görə, ərazinin daş örtüyü sökülüb, çöküntünün qarşısını almaq üçün əlavə tədbirlər görülür. Ətraf lentlə əhatə olunub, insanların həmin həndəvərdən gediş-gəlişi məhdudlaşdırılıb.

Qeyd edək ki, çöküntü baş verən ərazi Koroğlu metrosunda insanların ən çox istifadə etdiyi çıxışdır. Həmin yer əhalinin sıx olması ilə seçilir. Çökmə müşahidə olunan ərazinin isə alt hissəsində yeni açılmış mağazalar fəaliyyət göstərir.

Metropolitenin mətbuat xidmətindən Elitar.Az saytına ərazinin lentlə əhatə olunduğunu və çöküntünün qarşısını almaq üçün önləyici tədbirlərin görüldüyünü təsdiqləyiblər.Şok! Koroğlu metrosu çökür; yüzlərlə insanın həyatı təhlükədə