ABŞ Suriyada “Əl-Qaidə” terror təşkilatının liderlərindən birinə hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Bill Urban "Fox News"a bildirib.
Zərbə İdlib yaxınlığında pilotsuz təyyarə ilə endirilib.
Urbanın sözlərinə görə, mülki əhali arasında itkilərin olması mümkündür.