Berlində koronavirus məhdudiyyətlərinin əleyhdarlarının müxtəlif aksiyaları zamanı ümumilikdə 58 nəfər saxlanılıb, iki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı şəhər polisi yayıb.
Bildirilib ki, saxlanılanlardan 22-si qadındır. Yaralanan polislərin səhhətinin yaxşı olduğu qeyd olunub, onlar yüngül xəsarətlər alıblar.
Şənbə günü keçən nümayişlər zamanı əsayişi 650 polis əməkdaşı qoruyub.