Danimarkanın Baş naziri Mette Frederiksen paytaxtda yerləşən mağazalardan birinə maskasız daxil olduğu üçün üzr istəyib.
"Unikal" xəbər verir ki, bu barədə siyasətçi “Facebook” hesabında yazıb.
“Dünən Kopenhagenin mərkəzində mağazada olarkən maska taxmağı unutmuşam. Buna görə təbii ki, məyusam və bir daha virusun yayılmasının qarşısını almaq üçün etdiklərinizə görə hər birinizə təşəkkür edirəm”, - deyə o bildirib.
Qeyd edək ki, baş nazirin mağazalardan birində maskasız dolaşması vətəndaşlar tərəfindən görüntülənmişdi. Bundan sonra baş nazir ölkəsində tənqidlərə tuş gəlmişdi.