Bu dəfə Nikol Paşinyanın qızı Maryam Paşinyan erməni diasporunun nümayəndələrinin qəzəbinə tuş gəlib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, açıq havada kafelərin birində dostları ilə birlikdə oturan zaman Maryama anidən bir nəfər yaxınlaşıb. Həmin şəxs baş nazirin qızına “Sənin atan 5 min insan öldürüb”, - deyərək, Nikolu İuda ilə müqayisə edib.
Qeyd edək ki, İuda xristianlar üçün lənətlə xatırlanan addır. Belə ki, İsa peyğəmbərin 12 həvarisindən biri olan İuda peyğəmbərə satqınlıq edib və İsa peyğəmbər onun əməlləri nəticəsində romalılar tərəfindən həbs edilib.