İranın Qum şəhərində etirazçılar yerli dindarlardan birinin qulağı kəsib.
"Unikal" xəbər verir ki, koronavirus pandemiyasının yaratdığı çətinliklər, o cümlədən hüquq-mühafizə orqanlarının təzyiqləri nəticəsində yaranan iqtisadi tənəzzül, sanksiyalar və içməli su çatışmazlığı səbəbilə etiraz edən xalqın qarşısına dövləti açıq müdafiə etmək üçün yerli dindarların nümayəndələri toplanıb.
Bildirilib ki, etirazçı kütlə həmin mollalardan birinin qulağını kəsiblər. Yerlilər bu addımı ilə demək istəyib ki, dindarlar zalımların deyil, məzlumların yanında olmalıdırlar.
Ağarza Elçinoğlu