"Paşinyana zərbə endirəcəklər. Nikol artıq sahiblərinə itaətsizlik etməyə və onlara təpik atmağa başlayıb. Bu səbəbdən də ona etibar etmirlər.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Aqasi Yenokyan deyib. O, bildirib ki, ölkə rəhbərinə artıq ehtiyac qalmayıb.
"Baş nazir anlayır ki, qarşıdakı mühüm sənədə (Azərbaycanla imzalanacaq sənəd-red.) imza atdıqdan sonra onu "vuracaqlar". Hətta imzalamasa belə, bu jesti onu xilas etməyəcək. Nikol bir çox sirləri bilir və bu sirlərin bəziləri ona aid deyil. Əgər onu döyməsələr belə, həbs olunarsa, heç kimə lazım olmayan bu sirləri şantaj üçün açmağa başlayacaq. Ona görə də ona ağzını açmağa icazə verilməyəcək".
Yenokyan onu da bildirib ki, Paşinyanın cangüdənləri xarici xidmət orqanlarına qarşı acizdirlər:
"Baş nazirin cangüdəni onu ancaq daxili mafiyadan və müxalifətdən qoruya bilir. Onlar xarici xüsusi xidmət orqanlarına qarşı acizdirlər. Belə olan halda Nikol üçün çıxış yolu nədir? O 2008-ci ildən Ermənistandan qaçmağın gizli yollarını bilir. Qoy köhnə əlaqələrini bərpa edib qaçsın".