Danimarkanın Baş naziri Mette Frederiksen sosial media hesabında üzrxahlıq mesajı yayımlayıb.
"Unikal" xəbər verir ki, buna səbəb baş nazirin mağazalaran birinə maskasız daxil olması göstərilib.
“Dünən Kopenhagendə bir mağazada olarkən maska taxmağı unutdum. Bilirəm ki, bu tək mənim yox, hər birimizin başına gələ bilər. Buna görə də, əlbəttə ki, üzr istəyirəm və virusun yayılmasının qarşısını almaq üçün gördüyümüz hər şeyə görə bir daha hər kəsə təşəkkür etmək istəyirəm”, - deyə o mesajında bildirib.
Gülayə Mecid