Pakistanın yüksək dağlıq bölgəsi olan Siaçin bölgəsində hərbi helikopter qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, Pakistan ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi Siaçin bölgəsində orduya məxsus helikopterin qəzaya uğradığını açıqlayıb. Hadisə nəticəsində helikopterdə olan 2 pilotun həlak olub.
Açıqlamada həmçinin də, axtarış-xilasetmə qruplarının bölgədə işlər apardığını qeyd edib.
Bildirək ki, Siaçin buzlaqı Karakoram dağlarının şərqində Pakistan, Hindistan və Çin arasında yerləşir .
Bununla yanaşı, Siaçin 1984-2003-cü illərdə Pakistan və Hindistan arasında münaqişələrə səhnə olduğu üçün " dünyanın ən yüksək döyüş meydanı " adlanır.