Rusiyanı terrorçuluqla, narkotik ilə əlaqəli olan hər şey narahat edir. Buna görə də Əfqanıstandakı vəziyyət Rusiyanı narahat etməyə bilməz”.
"Unikal" xəbər verir ki, bunu Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə görüşdə bildirib.
"Şübhəsiz ki, bizi terrorizm və onunla mübarizə ilə bağlı hər şeydən, o cümlədən, narkotiklər və mütəşəkkil cinayətkarlıqdan narahatıq. Bu baxımdan, əlbəttə ki, Əfqanıstandakı vəziyyət və onun necə inkişaf etməsi bizi narahat etməyə bilməz", - deyə V. Putin vurğulayıb.
O qeyd edib ki, Rusiya Federasiyası və Hindistanın müdafiə nazirləri və xarici işlər nazirlərinin görüşü ölkələr arasında əlaqələrin beynəlxalq səviyyədə inkişafının davam etdirilməsindən xəbər verir.