Almaniyanın yeni hökumətində müdafiə naziri postunu 56 yaşlı Kristina Lambrext tutacaq.
"Unikal" xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb. Hazırda o, Ədliyyə Nazirliyinə, eləcə də Ailə, Ahıllar, Qadın və Gənclərlə İş Departamentinə rəhbərlik edir.
Almaniyanın yeni kansleri Olaf Şolts bildirb ki, yeni hökumətdə üç kişi və dörd qadın nazir olacaq: “Bu da ölkədə mövcud gender vəziyyətinə uyğundur. Bu hökumətdə təhlükəsizlik güclü qadınların əlində olacaq”.
Daxili İşlər Nazirliyinə Nensi Fezer, Tikinti Nazirliyinə Klara Qeyvits, İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinə Svenya Şults, Səhiyyə Nazirliyinə isə Karl Lauterbax rəhbərlik edəcək.