Finlandiya Hərbi Hava Qüvvələri ABŞ-dan F-35 döyüş təyyarələri almaq niyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə Finlandiyanln nüfuzlu “ltalehti” nəşri öz mənbələrinə istinadən yazıb.
Məlumata görə, Finlandiya yaxın günlərdə yekun qərarını açıqlayacaq. Mediaya sızan xəbərə görə, tenderi qazanan təyyarə F-35 olub.
2025-2029-cu illər arasında istismarda çıxarılacaq F/A-18C/D “Hornet” təyyarələrinin yerinə cəmi 64 yeni nəsil çoxməqsədli döyüş təyyarəsi alınacaq. Layihənin ümumi dəyərinin 11,4 milyard avroya çatacağı gözlənilir.
Finlandiyanın qırıcı tenderində “Boeing” şirkəti F/A-18E/F “Super Hornet”, Fransanın “Dassault” şirkəti “Rafale”, Britaniya “Eurofighter Typhoon” və İsveçin “Saab” firması JAS-39 “Gripen E/F” qırıcıları ilə iştirak edirdilər.