Suriya xarici işlər naziri Feysəl Meqdad İran rəsmiləri ilə görüşüb.
"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, görüş Tehranda baş tutub. O, iranlı həmkarı Əmir Abdullahian ilə iqtisadi-siyasi danışıqlar aparıb.
Görüşdən sonra Əmir Abdullahian jurnalistlərə açıqlamasında, "İranla Suriya arasında hərtərəfli texniki-mühəndislik proqramları, müxtəlif sahələrdə Suriyanın yenidən qurilmasında iştirak və özəl sektorun ticarət sahəsindəki əməkdaşlığı həyata keçirilib", - deyə bildirib.
Xatırladaq ki, qısa bir müddət öncə İranın Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası İran istehsalı avtomobillərin lisenziyasının ötən bir il yarım ərzində Suriya dövləti tərəfindən ləğv edildiyini qeyd edib. Bu isə İranın Suriyada avtomobil istehsalı karxanası açması ilə eyni vaxta təsadüf edir.
Gülayə Mecid