"Bu böhran sonuncu deyil. Düzünü desəm, növbəti virus daha pis ola bilər. Daha yoluxucu və ya daha ölümcül. Ona görə də biz əldə etdiyimiz biliyi itirməməliyik".
"Unikal" xəbər verir ki, bu sözləri koronavirus əleyhinə "Astrazeneka" vaksininin yaradıcısı, professor Sarah Gilbert deyib.
Gilbert bildirib ki, mövcud vaksinlər koronavirusun yeni ştamlarına qarşı daha az effektiv ola bilər.
Professor gələcəkdə qripə qarşı universal peyvəndin yarada biləcəyini də istisna etməyib.
Ağarza Elçinoğlu