Noyabrın 30-da Nigeriyanın Kano əyalətində sərnişin gəmisinin batması nəticəsində həyatını itirənlərin sayı 42-yə yüksəlib.
"Unikal" xəbər verir ki, Kano əyalət polisinin sözçüsü Abdullahi Kiyava verdiyi açıqlamada qayığın Bagvay çayında batmasından sonra davam edən axtarış-xilasetmə işləri zamanı daha 13 nəfərin cəsədinin tapıldığını bildirib.
Bununla da qəzada həyatını itirənlərin sayı 42-yə yüksəlib.
Kano əyalətində baş verən qayıq qəzasından sonra əyalətdəki çaylarda ticarət gəmilərinin daşınması müvəqqəti olaraq dayandırılıb. Bildirək ki, Nigeriyada yağışlı mövsümdə çaylarda vaxtaşırı qayıq qəzaları baş verir.