Rusiyada son bir gündə daha 31 096 nəfərə COVID-19 diaqnozu qoyulub.
“Unikal” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 864 845 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 182 nəfər artaraq 283 644-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 565 091 nəfər sağalıb.