Kuzbasda qəza baş verən “Listvajnaya” kömür mədənindən daha 13 nəfərin meyiti çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə “RİA Novosti”yə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
“Sutka ərzində qəza baş verən ərazidə 83 xilasedici işləyib. Həlak olanlardan 13-nün meyiti tapılıb”, - məlumatda bildirilib.
Qeyd edək ki, noyabrın 25-də Kuzbasdakı “Listvajnaya” kömür mədənində baş vermiş qəza nəticəsində 51 nəfər həlak olub.