Burundinin (Mərkəzi Afrikada respublika) paytaxtı Giteqa şəhərindəki həbsxanalardan birində güclü yanğın baş verib.
"Unikal" xəbər verir ki, yanğın nəticəsində 38 nəfər ölüb, 69 nəfər ağır yaralanıb.
Qeyd olunub ki, azı 1000 məhbusun saxlandığı həbsxanada yanğın səhər saat 4 radələrində baş verib. Qızıl Xaç Komitəsinin əməkdaşları və yanğınsöndürənlər dərhal hadisə yerinə gəlsələr də, binanı dərhal tərk etməli olublar.
"Onların üzündə dəhşət ifadəsini oxumaq olardı", - deyə yerli qəzetlərdən biri yazıb.
Ağarza Elçinoğlu