Yaponiyanın şimal-şərqindəki Fukusima sahillərində 5 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Fukusimanın şimal-şərq sahillərində 5 bal gücündə zəlzələ qeydə alınıb.
50 kilometr dərinlikdə baş verən zəlzələ ətraf Miyaqi, Aomori və İvate ştatlarında hiss olunub.
JMA zəlzələnin sunami təhlükəsi yaratmadığını açıqlayıb.