Rusiyanın Novosibirsk vilayətinin Krasnoobsk vilayətində 2 min kvadratmetrlik dondurma fabrikində yanğın baş verib.
"Unikal" xəbər verir ki, zavodun soyuducu bölməsində qeydə alınan yanğın 2 saatdan sonra nəzarət altına alınıb.
Səhər saatlarında başlayan yanğının söndürülməsi üçün rayona 17 yanğınsöndürən və 58 ədəd canlı qüvvə göndərilib. Yanğının qəfil böyüməsi səbəbindən bölgədə panika yaranıb, alovun ətrafdakı digər anbarlara keçməsinin qarşısını almaq üçün tədbirlər görülüb. Bildirilib ki, anbarda kiçik partlayışlar da hiss olunub.
Yanğın nəzarətə alınsa da, fabrik tamamilə külə dönüb.
Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamaya görə, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.
Ağarza Elçinoğlu