ABŞ-ın keçmiş prezidenti Donald Tramp prezidentliyi zamanı Şimali Koreya lideri Kim Çen Ina Elton Conun oxuduğu "Raket Adam" mahnısını və onu dinləmək üçün texniki alət verdiyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə Tramp Floridada başlayan “Tarix Turu” tədbirinin ilk gecəsində danışıb. 

"Mən musiqini dinləmək üçün verdiyim alətin Cənubi Koreyada istehsalı olmadığına əmin oldum", - deyə zarafat edən Tramp Şimali Koreya liderinə "Mən sənə bir yaxşılıq etdim, çünki hər yerə raket atmağı sevirsən" ifadəsini deyib. 

Tramp Kim Çenin daha əvvəl Elton Conun "Rocket Man" mahnısını eşitmədiyini qeyd edib:

"Bu mahnını və bu ləqəbi sizin üçün seçdim. Çünki sizi atda, sanki Yaponiyanın üzərindən uçan raketin üstündə oturmuş kimi görə bilirdim, sizi belə təsəvvür edirəm". 

Bildirilib ki, disk Elton Conun imzası ilə Kim Çenə verilib.

Ağarza Elçinoğlu