Rusiyada son bir gündə daha 29 558 nəfərə COVID-19 diaqnozu qoyulub.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 046 454 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 121 nəfər artaraq 290 604-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 769 916 nəfər sağalıb.