Meksikanın Puebla şəhərində Latın Amerikasının ən uzun şüşə körpüsü ziyarətçilərin üzünə açılıb.
"Unikal" xəbər verir ki, körpü Puebla şəhəri yaxınlığındakı vulkanın şərəfinə “Popocatepetl" adlandırılıb.
Bildirilib ki, Puebladakı Atlixcayotl qoruq ərazisində iki oteli birləşdirən "Popocatepetl" səma körpüsünün uzunluğu 148 metr, yerdən hündürlüyü 61,1 metr, eni isə 1,2 metrdir.