İsveçdə yaşayan Hakan Nordkvist adlı şəxs 2046-cı ildən gəldiyini iddia edərək göstərdiyi foto ilə hər kəsi heyrətə gətirib.
"Unikal" xəbər verir ki, Nordkvist həmçinin 2046-cı ildə 70 yaşlı özü ilə tanış olduğunu və foto çəkdirdiyini bildirib. O, bu barədə "TikTok"da paylaşım edib. Belə ki, video tezliklə ən çox baxılan kateqoriyada birinci yeri tutub. Bir çox sosial şəbəkə istifadəçisi bunun yalan olduğunu bildirib.
Lakin Hakan video ilə yanaşı, bir neçə foto paylaşaraq, "2046-ci ildə özümü yəni 70 yaşlı Hakanı gördüm. Çox xoşbəxtəm ki, o an cibimdə telefonum vardı və kamerya çəkdim", - deyə şərh edib.