Oktyabrın 10-da rayonun Ərçivan qəsəbə sakini Elnarə Əliyevanın “dərman zəhərlənməsi” diaqnozu ilə Astara rayon mərkəzi xəstəxanasında daxil olması və ertəsi gün orada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Astara Rayon Prokurorluğundan "Unikal"a verilən məlumata görə, aparılmış araşdırmalarla Elnarə Əliyevaya göstərilmiş tibbi yardımların tam həcmdə və vaxtında icra olunmaması, vəziyyətinin düzgün qiymətləndirilməməsi nəticəsində ölümün baş verməsi müəyyən edilmişdir.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam etdirilir.