Ermənistanın fövqəladə hallar naziri Andranik Piloyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin oluna bilər.
"Unikal" xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Nəşrin məlumatına görə, hazırda hakim dairələr Baş Qərargah rəisi Artak Davtyanı əvəzləyəcək namizəd axtarışındadılar.
Qeyd edək ki, hələ noyabr ayında yayılan məlumatlara görə, A. Davtyanın istefaya göndərilməsi ilə bağlı artıq qərar verilib və müdafiə naziri Suren Papikyan kadr axtarışındadır.