Bakıda oğurluq hadisəsi olub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə dekabrın 14-də bir əcnəbi vətəndaşın içərisində 1 200 manat pul, bankomat kartı və sənədlər olan pulqabısının oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini R.Bukavadze, əmisi oğlu M.Bukavadze və Yevlax rayon sakini A.Bəkirov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.