İtaliyanın cənubunda aktiv vulkanlardan olan Etna yenidən oyanıb.
"Unikal" xəbər verir ki, İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) məlumatına görə, vulkanın cənub-şərq kraterində aktivlik müşahidə olunub və ardıcıl püskürmələr qeydə alınıb. Yaranan duman isə geniş əraziyə yayılıb.
Qeyd edək ki, Siciliyadakı vulkanın püskürməsi bəzən hava nəqliyyatında dayanmalara səbəb olur. Belə ki, Kataniyanın “Fontanarossa” hava limanında fövqəladə vəziyyət elan edilir və bütün uçuşlar dayandırılır.