Goranboyda yer şumlayan traktor qaz xəttini zədələyib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun İrəvanlı kəndində qeydə alınıb. Qəza nəticəsində İrəvanlı və Boluslu kəndləri qazsız qalıb.

Hazırda hadisə yerində qəza bərpa işləri həyata keçirilir.

Ehtiram Muradlı