Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də metronun “Elmlər Akademiyası” stansiyasında qatarda Bakı şəhər sakini G.İsrafilovanın cibindən mobil telefonunun oğurlanması barədə məlumat daxil olmuşdur. 

DİN-dən "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev müəyyən edilərək saxlanılmışdır. 

Araşdırma aparılır.