2016-cı il tarixdə Rusiyada Bessonov Aleksandr Vitalyeviçin öldürməkdə şübhəli bilinən Bakı şəhər sakini İsayev Rəşad Sərdar oğlunun məhkəməsi başlayır.
Prokurorluqdan "Unikal"a verilən məlumata görə, Rəşad İsayev 3 aprel 2016-cı ildə Rusiyanın Lipetsk vilayətində “Veqas” kafesinin qarşısında tanışları ilə avtomobildə mahnı qoyub rəqs edərkən, kafeyə müştəri kimi gəlmiş Aleksandr Bessonovun musiqi səsinin yüksək olması ilə əlaqədar onlara irad bildirib. Yaranmış mübahisə zamanı bıçaqla A.Bessonovun ayağına vuraraq xəsarət yetirib, nəticədə A.Bessonov aparıldığı xəstəxanada ölüb.
R.İsayevə Cinayət Məcəlləsinin 12.1, 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham elan olunub. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.