Avropa Parlamentinin bu gün keçirilən plenar iclasında Ukraynadakı vəziyyətlə bağlı qətnamə qəbul edilib.
"Unikal" xəbər verir ki, qətnamənin lehinə 548 deputat səs verib.
Qətnamədə vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiyaya qarşı sanksiyaların tətbiqinə hazırlaşmağa çağırılır.
Avropa Parlamentinin üzvlərinin fikrincə, Ukraynada vəziyyətin eskalasiyası halında sanksiyalara Aİ-dəki bütün aktivlərinin dondurulacağı və səyahət qadağalarının tətbiq olunacağı şəxslərin siyahısının genişləndirilməsi daxil edilməlidir.