UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkü atılıb.
"Unikal" xəbər verir ki, İsveçrənin Montrö şəhərində COVID-19 pandemiyası ilə əlaqədar onlayn formatda keçirilən tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
C Liqasında yer alan Canni De Byazinin baş məşqçi olduğu kollektiv Slovakiya, Belarus, Azərbaycan, Qazaxıstan / Moldova cütünün qalibi yığmaları ilə birlikdə III qrupda mübarizə aparacaq.
C Liqası
3-cü qrup
Slovakiya
Belarus
Azərbaycan
Qazaxıstan - Moldova cütünün qalibi
Qeyd edək ki, Mİllətlər Liqasında yeni mövsümə 2022-ci il iyunun 2-də start veriləcək.